22 İyul 2026
Ölkə futbolu

“Neftçi” yeni transferini açıqladı – RƏSMİ 

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Nigeriyalı futbolçu İfeanyi Metyu artıq “Neftçi” ailəsinin üzvüdür.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb.

Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43