23 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusu Kipr klubunun hədəfində

“Neftçi”nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Aris  19 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir. Yerli mətbuat yazır ki, futbolçunun iyunun 30-da başa çatacaq müqaviləsi onu Kipr klubu üçün əlverişli seçimə çevirir.

Bir neçə aydır izlənilən Məmmədov bu mövsüm 13 oyunda 1 qol və 1 assistlə yadda qalıb. U-21 millisinin üzvü olan gənc oyunçu “Neftçi”nin yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43