Neftçi”nin məşqçisi Füzuli Məmmədovun hazırda davam edən “Zirə” ilə matçda səhhəti pisləşib.
Baş məşqçi Roberto Bordinin köməkçisi paytaxt təmsilçisinin 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb. Bir qədər sonra həkimlər ona müdaxilə edib və mütəxəssis ayağa qalxa bilib. Hadisə baş verdikdən dərhal sonra “Neftçi”nin prezidenti Kamran Quliyev özünü ehtiyat oyunçular skamyasına çatdırıb və məşqçinin səhhətiylə maraqlanıb.
Qeyd edək ki, görüşün ilk hissəsində “Neftçi” komandası hesabda 1:0 hesabı ilə öndədir.