İdman

“Olimpiya” Latviya millisinin üzvünü transfer etdi

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq “Olimpiya” heyəıtinə yeni oyunçu qatıb.

İdmanxeber.com-un məlumatına görə, Sloveniya təmsilçisi Polşanın “Termalika” klubunun müdafiəçisi Vitali Maksimenkonu transfer edib.

Latviya millisinin üzvü olan Vitali növbəti mərhələdə komandasına kömək edə bilər.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu 21:00-da start götürəcək. Lyublyanadakı ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43