05 İyun 2026
Dünya futbolu

Poqba Fransa klubunun hədəfində

Fransalı futbolçu Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiçinin xidmətində  “Monako” klubu maraqlıdır. Rəhbərlik azad agent statusunda olan oyunçunu heyətinə qatmaq istəyir.

 Pol Poqbanın son klubu “Yuventus” olub. Fransa millisinin sabiq üzvü ötən ilin dekabr ayında İtaliya klubundan ayrılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43