23 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubları bu hücumçu üçün yarışır

“Leyptsiq”in hücumçusu Romulo karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Nyukasl”, “Arsenal”, “Brentford”, “Fulhem” və “Aston Villa”nın transfer siyahısına düşüb. Hələ hansı klubun danışıqlara başladığı dəqiq bilinmir.

Romulonun müqaviləsi 2030-cu ilin iyununa qədərdir və o, karyerasında “Atletiko Paranaense” və “Göztepe”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43