Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürüb.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. “Araz-Naxçıvan” “Şamaxı”nı məğlub edərək (1:0) Premyer Liqada üçüncü pilləni təmin edib.
Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” 5-ci pillədə qərarlaşan “Sabah”la üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
30 xalla 9-cu yerdə olan “Sumqayıt” isə doğma divarlar arasında 49 xallı “Turan Tovuz”u sınağa çəkib. Görüş Tovuz təmsilçisinin qələbəsilə başa çatıb – 1:0. Bu nəticələrin ardından bölgə təmsilçisi Premyer Liqada dördüncü sıranı təmin edib.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
17 may (şənbə)
17:00. “Sumqayıt” – “Turan Tovuz” 0:1
Qol: Emmanuel Hakman, 30
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Zirə” – “Sabah” 1:1
Qollar: Georgi Papunaşvili, 26 (1:0), Pavol Şafranko, 67 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
17:00. “Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 44 (0:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

