Kateqoriyasız

“Qəbələ”nin məşqçisi: “Bugünkü oyun bizim əsl gücümüz deyil”

“Yaxşı komandaya qarşı oynadıq. Onları analiz etmişdik. Taktiki cəhətdən bugün çox yaxşı oynadılar. Hazırda ölkələrində birinci yerdədirlər. Zədəli və yeni oyunçularımız var. Yeni bir komandayıq. Bu gün üçün yaxşı deyildik. Hesab da bunu göstərir. Məğlubiyyət ağırdı, ancaq evdə uduzmaq daha çətin olur”.

Bu sözləri “Qəbələ”nin məşqçisi Zaur Həşimov “Dinamo” oyunu sonrası deyib. O, daha sonra belə davam edib.

“Uzun ötürmələrədən sonra qol epizodları yaratmaq istədik. Qısmən də olsa bu, alınırdı. Ancaq son zərbələrdə çərçivəyə düşə bilmədik.

Ülvi İsgəndərli yaxşı formada olan oyunçumuzdu. Sadəcə onda bügün alınmadı. Bu gün onun ilk Avrokubok oyunudu. Ola bilər ki, həyəcanlı idi. Ancaq o, güvəndiyiniz oyunçulardandı.

David Valkov məşq toplanışında zədəli idi, heç biri oyunda tam oynaya bilmədi. Oynamaq istəyini başa düşmək olar. Ona görə çıxanda etiraz etdi. Ancaq sonra hər şey qaydasına düşdü. Nəzərə alaq ki, biz Gürcüstan komandasına qarşı oynayırdıq. Onun istəkli olması başadüşüləndir.

Bugünkü oyun bizim əsl gücümüz deyil. Legionerlərimiz bizə yeni qoşulub. Məncə, daxili çempionatda daha yaxşı çıxış edəcəyik. Qarşımıza konkret hansı hədəflər qoyulub deyə bilmərəm. Bunu baş məşqçidən soruşsanız daha yaxşı olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43