Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan dilində səlis danışa bilməməsi ilə bağlı tənqidlərə cavab verib.
İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın qolkiperi sosial şəbəkədə paylaşım edərək mövzuya münasibət bildirib:
“Allaha həmd olsun ki, Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etmək mənim üçün böyük şərəfdir. Dilimi tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır.”

