“Qalatasaray” azarkeşlərinin UEFA Çempionlar Liqası oyunundakı davranışı kluba baha başa gəlib.
İdmanxeber.az xəbər verir ki, fevralın 25-də Yuventuslə keçirilən cavab matçında (2:3) tribunadan pirotexniki vasitələrdən istifadə olunub və meydançaya əşyalar atılıb.
Nəticədə İstanbul təmsilçisi 40 min avro cərimələnib. Bundan əlavə, azarkeşlər Liverpullə 1/8 finalın səfər görüşünə bilet ala bilməyəcəklər.
“Liverpul” – “Qalatasaray” oyunu martın 18-də, ilk qarşılaşma isə martın 10-da keçiriləcək.

