05 İyun 2026
Dünya futbolu

“Qalatasaray” azarkeşlərini həyəcanlandıran FOTO

İstanbul klubu mövsüm sonunda “Lill”lə müqaviləsi başa çatacaq Conatan Devidi heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik kanadalı hücumçunun meneceri ilə təmasa keçib. 25 yaşlı forvard hazırda Türkiyəyə gəlməyə isti yanaşır. Bu səbəbdən də futbolçu danışıqlara getməyə hazırdır.

Son günlərdə Devidin illər əvvəl “Qalatasaray” formasında çəkilmiş fotosu sosial mediada yenidən gündəmə çevrilib. Hücumçu cari mövsüm Liqa 1-də 16 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43