Dünya futbolu

“Qalatasaray” Mertensi TFF-yə bildirdi

Dris Mertens daha bir mövsüm “Qalatasaray”da çıxış edəcək.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlində heyətə qoşulan belçikalının sözləşməsi avtomatik uzanıb.

Belə ki, təcrübəli futbolçu 25 oyunda forma geyinəcəyi təqdirdə, daha bir il “Qalatasaray”da çıxış edəcəkdi. “Beşiktaş” derbisində 25-ci matçını keçirən Mertensin sözləşməsi daha bir il uzanıb.

İstanbul klubu artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına məlumat göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43