“Qalatasaray”ın hücumçusu Viktor Osimhenin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Nigeriya millisinin heyətində zədələnən futbolçunun durumu ciddidir. O, Super Liqanın növbəti turunda keçiriləcək “Gənclərbirliyi” matçını buraxacaq.
Osimhen həmçinin Çempionlar Liqasında “Union”a qarşı görüşdə də forma geyinə bilməyəcək.
Ulduz futbolçunun dekabrın 1-də keçiriləcək “Fənərbağça” derbisinə yetişəcəyi bildirilir.

