Kateqoriyasız

“Qarabağ” – “Düdelanj”: FAKTLAR

UEFA-nın saytı Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda baş tutacaq “Qarabağ” – “Düdelanj” (Lüksemburq” oyunu barədə yazı dərc edib. Məqalədə aşağıdakı məqamlara toxunulub:

 

– “Qarabağ” və “Düdelanj” Bakıda üz-üzə gələcəklər. Tərəflər fərqindədi ki, onların iyulda Çempionlar Liqasının I təsnifat mərhələsində başlayan avrokubok macərası bu mövsümlük başa çatır. Hər iki komandanın qrupda qaldığı V turda rəsmiləşdi.

 

– Azərbaycan klubunun 4 xalı var – “Düdelanj”dan 1 xal artıq. Lüksemburqlular ilk turda APOEL ürəzindəki 4:3 hesablı səfər qələbəsindən sonra bütün görüşlərdə məğlub olub. “Qarabağ” isə öz meydanında qələbəyə həsrətdi.“Sevilya”ya 0:3 uduzan komanda APOEL-lə heç-heçə edib – 2:2.

 

Əvvəlki oyunlar

 

– “Qarabağ” 4 xalın 3-nü II turda Lüksemburqda keçirilən görüşdə “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edərək qazanıb. Bu, onların qrup mərhələlərində ən böyükhesablı qələbəsidi.

 

– Komandalar 3 mövsüm əvvəl Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gəlmişdi. Qurban Qurbanovun “Qarabağ”ı öz meydanında Ruçard Almeydanın dublu – II tur oyununda da qol vurmuşdu – ilə qələbə qazanmış, səfərdəki 1:1 hesablı heç-heçədən sonra mərhələ keçmişdi.

 

– Bunlar “Qarabağ”ın Lüksemburqdan olan rəqiblərə qarşı bütün görüşləridi. Eyni zamanda “Düdelanj” da Azərbaycan təmsilçilərindən yalnız ağdamlılara qarşı mübarizə aparıb.

 

“Qarabağ”

 

– “Qarabağ” son Azərbaycan çempionudu. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 

– Komanda bu mövsüm mübarizəyə Çempionlar Liqasında başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

 

– “Qarabağ” qrup mərhələsində keçirdiyi son 9 ev matçında qələbə qazanmayıb. Bunların 7-də uduzan Azərbaycan klubu Şempionlar Liqasının 2017/18 mövsümündə Madrid “Atletiko”su ilə qolsuz heç-heçə edib, bu mövsüm APOEL-lə 2:2 hesablı bərabərliyə razılaşıb. Komanda ən ağır ev məğlubiyyətini ötən mövsüm “Sportinq”dən alıb – 1:6.

 

“Düdelanj”

 

– “Düdelanj” 15-ci dəfə ölkə çempionu olaraq, Çempionlar Liqasında oynamaq hüququ qazandı. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu oldu. Qrupda keçirdikləri beş oyunda uduzdular, yalnız “Betis”lə 0:0 hesablı heç-heçəyə nail oldular.

 

– “Düdelanj” ötən mövsümdə olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə oyunlarda uğursuzluğa düçar oldu (2:2, 1:1). Lüksemburq təmsilçisi Avropa Liqasında Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “Nomme Kalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırdı.

 

– “Düdelanj” Avropda son beş ev görüşünü uduzmayıb – iki qələbə, üç heç-heçə. Ötən mövsüm komanda qrup mərhələsinin ev oyunlarında qol vurmayıb.

 

– Komanda son Avropa Liqasının qrup mərhələsində keçirdiyi 5 səfər oyununda öz qapısında 19 qol görüb. “Düdelanj” hər görüşdə qapısında azı 3 top görüb.

 

Əlaqələr

 

– Növbəti oyun “Qarabağ”ın yarımmüdafəçisi Miçel üçün 50-ci avrokubok oyunu olacaq.

 

– “Düdelanj” və “Qarabağ” son iki mövsüm ölkələrini qrup mərhələlərində təmsil edən yeganə klublardı.

 

Baş məşqçilər:

 

–  Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdi. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidi. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırıb.

 

– Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson həmyerlisi Emilio Ferreranın istefasından sonra baş məşqçi postuna gəldi. Keçmiş müdafiəçi Belçika yığmasında 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alır. “Düdelanj” Krassonun rəhbərliyi altında ilk dəfə qrup mərhələsində qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43