Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Qöteborq” qarşılaşmasının başlama vaxtı açıqlanıb. İdmanxeber.com-un məlumatına görə, avqustun 25-də keçiriləcək cavab oyunu saat 20:30-da başlayacaq.
Matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”la “Qöteborq” arasında ilk oyun avqustun 18-də keçiriləcək. Höteborqun “Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

