Ölkə futbolu

“Qöteborq” heyətini gücləndirdi

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Qöteborq” klubu heyətini gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveç təmsilçisi “Valerenqa” klubunun gənc hücumçusunu rənglərinə bağlayıb.

Elias Mar Omarsson 1 illik icarə əsasında “Qöteborq”da forma geyəcək.

Qeyd edək ki, 21 yaşlı forvard İslandiya millisinin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43