Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” “Olimpiya” səddini keçib, 2-ci təsnifat mərhələsinə vəsiqə qazansa o zaman Ağdam klubu 3-cü təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq.
İdmanxeber.com-un məlumatına görə, Litvanın “Suduva” klubunun Kipr APOEL-i üzərindəki qələbəsi “Qarabağ”a bu şəraiti yaradıb. Kiprlilərin Avropanın 1 nömrəli klub turniri ilə vidalaşmasından sonra “Qarabağ” 3-cü raundun ən reytinqli 6 komandasından biri olub.
“Qarabağ” “Kukesi”ni keçsə, 3-cü təsnifat mərhələsinin püşkatmasında aşağıdakı səpələnmişlər qrupunda yer alacaq:
“Zalsburq” (Avstriya)
“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
“Seltik” (Şotlandiya) – “Alaskert” (Ermənistan) cütünün qalibi – “Valyur” (İslandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi
“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) cütünün qalibi – “Midtulland” (Danimarka)
“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) cütünün qalibi – “Kukesi” (Albaniya)
“Qarabağ”ın rəqibi isə aşağıdakı səpələnməmişlər qrupunda yer alan klublardan biri olacaq:
BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Şerif” (Moldova) – “Torpedo” (Gürcüstan) cütünün qalibi – “Şkendiya” (Makedoniya)
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi
AEK (Yunanıstan)