23 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın futbolçusu Litva klubu ilə danışıq aparır 

“Qarabağ”ın futbolçusu karyerasını ölkəxaricində davam etdirə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Davud Mansumovdan gedir. Hazırda icarə əsasında “Şamaxı”da çıxış edən futbolçuya Litvadan maraq var. O, bu ölkənin klublarının biri ilə danışıq aparır.

Mansumov cari mövsüm “Şamaxı”nın heyətində cəmi 2 matçda çıxış edib.

19 yaşlı hücumçu Ağdam klubunun əvəzedici heyətində forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43