Ölkə futbolu

“Qəbələ”nin oyunu 1 manata

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Yagelloniya” (Polşa) oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və “Bakcell Arena”nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da (8-ci km stadionu) keçiriləcək “Qəbələ” – “Yagelloniya” matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43