İdman

Qran-pri: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

İdmanxeber.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Moldova təmsilçisi Adil Osmanova qalib gəlib.

O, həlledici qarşılaşmada İsraildən olan Tohar Butbulla üz-üzə gələcək.

Eyni çəkidəki Nurlan Osmanov və 81 kq-dakı Zelim Tçkayev mübarizəni dayandırıblar.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43