“Maraqlı və gərgin oyun oldu. İki komanda da qələbə istəyirdi. Qol buraxandan sonra istənilən oyunu göstərə bilmədik. İkinci hissə fərqli “Zirə” var idi. Son vuruşlarda dəqiqlik çatmadı. Buradan bir xalla ayrıla bilərdik. İlk məğlubiyyətimizi aldıq, məyusuq.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Qəbələ” ilə oyunlarımız alınmır. Epizodlarımızı dəyərləndirə bilmirik. Bu gün əlimdə imkan olsa, “Qəbələ” ilə qarşılaşmaq istəməzdim. Onlar sanki son döyüşə çıxmış kimi idi. Bu oyunu təhlil edib, növbəti matçlara baxacağıq.
Qismət Alıyev keçmişdə bu mövqedə oynamışdı. Sadəcə, İsmailin itkisindən sonra yerli statusla bağlı çətinlik yaşayırıq. Buna görə Alıyevi mərkəzə çəkmişdik. Pis də oynamırdı, amma müəyyən dəyişiklik etməli olurduq.
“Qəbələ” ilə “Zirə” arasında elə də böyük fərq yoxdur. Mən onların avrokuboklar üçün mübarizə aparacağını düşünürəm. Ötən mövsüm kubokun qalib idilər. Amma erkən qol vura bilsəydik, qələbə də qazana bilərdik.
Rəhim Sadıqov təlim-məşq toplanışında zədələndi, bu onun performansına təsir etdi. Bəzi şeyləri biz də görürük. Hamı yaxşı mübarizə aparmalıdır. Əks təqdirdə əsas heyətdə yer almayacaq. Bu gün hamı çalışmalıdır ki, komanda yaxşı duruma gəlsin”

