Müsahibə

Rahid Əmirquliyev: “Həmin andan etibarən planlarımız alt-üst oldu” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin İdmanxeber.com saytına müsahibəsi.

– İtaliyadan böyük hesabla uduzacağınızı heç kim gözləmirdi. Ağır məğlubiyyəti necə şərh edərdin?

Açığı oyunun ağır keçəcəyini bilirdik və buna uyğun hazırlaşmışdıq. Oyunun ilk dəqiqələri də bizim istədiyimiz kimi keçdi. Bir neçə real qol imkanımız da var idi. Lakin qırmızı vərəqədən sonra planlarımız alt-üst oldu.

– Sizcə, hakim o epizodda ədalətli davrandı?

Hakim o epizodu son ümid folu kimi qiymətləndirib qırmızı vərəqə göstərdi. İndi onun ədalətli olub və ya səhv vərəqə verdiyini danışmağın mənası yoxdu.

– Oyundan sonra Qurban Qurbanov sizə nə dedi?

Belə oyundan sonra nəisə danışmaq çox çətindi. Hələ bir də bizi “Qəbələ”ylə ağır oyun gözləyir. Qurban müəllim bizə bu oyunu unutmağımızı və qarşıdakı oyunlara diqqətimizi salmağımızı dedi.

– Komandanın qrupdan çıxmaq şanslarını indiki halda necə dəyərləndirərdin?

Qrupdan çıxmaq üçün şansımız hələ də var. Qarşıda 4 oyun qalır. Çalışacağıq ki, buraxdığımız səhvlər üzərində işləyək və bunu qarşıdakı oyunlarda bir daha təkrarlamadan azarkeşlərimizi məyus etməyək.

– Sizi “Qəbələ” ilə oyun gözləyir. Bu üzücü məğlubiyyətdən sonra “Qarabağ” bu oyuna necə köklənəcək?

Bu cür məğlubiyyətlə hər bir komandaya psixoloji cəhətdən təsir edə bilər. Ancaq futbolda bu kimi hallar olur. Toparlanıb “Qəbələ”ylə oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Qarabağ” camiəsi bu cür məğlubiyyətə layiq deyil. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43