Kateqoriyasız

Ramil Şeydayev yenə şans qazanmadı

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su səfərdə “Zenit”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil komandasının uduzduğu oyunda sonadək ehtiyatda qalıb.

“Dinamo” 18 turdan sonra 24 xalla 7-ci pillədə qərarlaşıb. 45 xalı olan “Zenit” turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43