Kateqoriyasız

Rasim Ramaldanov: “Heç onların bir qol imkanları da olmadı”

“Qəbələ” oyununa yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Bundan əlavə bir neçə oyunçumuz da oynamırdı. Bütün bütün bu amillərə görə, bizi çətin oyun gözlədiyini bilirdik. Amma deyərdim ki, pis oynamadıq. İlk hisssədə qolsuz heç-heçə etdik. Heç onların bir qol imkanları da olmadı. Sonradan oyunçumuz qırmızı vərəqə aldı. Bundan sonra isə vəziyyətimiz daha da çətinləşdi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.

Cənub klubunun təcrübəli futboçusu hakimin qırmızı vərəqə göstərdiyi epizodla bağlı bunları deyib:

“Biz qoldan sonra əks hücumlara bel bağladıq. Amma qol vura bilmədik. Qırmızı vərəqə epizoduna gəlincə, Elbrus Məmmədov deyirsə heç nə yox idi, deməli elə olub. Hər halda Elbrus müəllim heç nədən bunu deməz”.

Qeyd edək ki, Ramaldanov sarı kart aldığındna cəzalı durumdadı və o, “Bakı” ilə oyunda meydana çıxa bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43