Kriştiano Ronaldo zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Nəsr”in hücumçusu “Əl-Fahi” ilə oyunda sağ bud nahiyəsindən xəsarət alıb. Portuqaliyalı forvardın bərpa müddəti 2–4 həftə çəkəcək.
41 yaşlı futbolçu cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 22 matçda 21 qol vurub, 2 assist edib.
Onun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

