Kateqoriyasız

“Səbail”dən növbəti transfer – RƏSMİ

“Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Petro Stasiuk Bakı təmsilçisi ilə anlaşıb.

Premyer Liqa təmsilçisi onunla 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi “Minay”, “Mariopol”, “Jemçujina” və “Balkani”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43