Kateqoriyasız

Pula görə “Qarabağ”dan gedən futbolçu gecəyə damğasını vurdu – VİDEO

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Serbiyanin “Partizan” klubu bu mərhələdə Malta “Hamrun”unu qonaq edib. Görüş serblərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın sabiq üzvü Patrik Andrade bu matçda start heyətində meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə oyunun ən yaxşılarından biri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43