Kateqoriyasız

“Viktoriya” – “Qarabağ”: Çexlərə güvənirlər

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı – “Viktoriya” – “Qarabağ” oyunu üçün əmsallar açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, dünyanın məşhur bukmeker kontorları Plzendəki matçda “Viktoriya”nı daha şanslı görürlər. Belə ki, “Viktoriya”nın qələbəsinə 1.96, “Qarabağ”a isə 3.88 əmsal açılıb. Əsas vaxtın heç-heçəsinə isə 3.44 əmsal verilib.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-də keçiriləcək. Tərəflər arasında Bakıda baş tutmuş matçda qapılara qol vurulmamışdı – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43