İdman

Sabah 2 illik müqavilə bağladığı xorvatiyalı futbolçu ilə müqaviləni LƏĞV ETDİ

“Sabah” 17 gün öncə heyətinə cəlb etdiyi xorvatiyalı yarımmüdafiəçi Yosip Baliçlə müqaviləyə xitam verib.

Bu barədə Sportlife.az-a müsahibəsində futbolçunun özü məlumat verib. Baliç bildirib ki, onunla 2 illik rəsmi müqavilə bağlansa da, 2 həftə sonra Elşad Əhmədov onunla müqaviləyə xitam verilməsini tələb edib.

Maraqlıdır ki, Əhmədov səbəb olaraq, futbolçunun onun oyun üslubuna uyğun gəlməməsini gətirib. Ən maraqlısı da odur ki, o, bu fikrə futbolçuyla müqavilə bağlanıldıqdan sonra gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43