04 İyun 2026
Ölkə futbolu

“Sabah” Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu 

Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın “Rubin” (Kazan) komandası ilə qarşılaşıb. 

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektivi turniri ikinci pillədə başa vurub. Komandamızın futbolçusu Onur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43