Dünya futbolu

“Samtredia” Bakıya gətirəcəyi futbolçuların siyahısını açıqladı

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Samtredia” heyətini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Gürcüstan klubu Ağdam komandası ilə oyunun heyətinə 24 futbolçunu daxil edilib.

Qapıçılar: Omar Miqineşvili, Otar Sturua, İliya Sturua

Müdafiəçilər: Bakar Balde, Giorgi Msedlişvili, Nika Sandokadze, Cemal Qoqiaşvili, Giorgi Axaladze, Laşa Kasradze, Valeri Olxov, Davit Mancqaladze, Davit Mtivlişvili, İrakli Dolidze

Yarımmüdafiəçilər: Akakiy Ninua, Quram Samuşia, Davit Rajamaşvili, Teymuraz Markozaşvili, Qiuli Mancqaladze, Giorgi Datunaişvili, Qiqla Burkadze

Hücumçular: Giorgi Beriaşvili, Davit Cikiya, Zaur Xabeişvili, Nikoloz Sabanadze.

Xatırladaq ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21.00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43