23 İyul 2026
Dünya futbolu

“Sumqayıt”ın sabiq futbolçusu Ermənistan klubunda

“Sumqayıt”ın sabiq futbolçusu Momo Yansanenin yeni klubu bəlli olub.

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı hücumçu Ermənistanın “Pünik” klubuna transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineya millisinin sabiq üzvü 2025-ci ilin yanvar–iyun aylarında “Sumqayıt”ın formasını geyinib.

Yansanenin son klubu Kiprin “Omonya Aradippu” komandası olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43