Ölkə futbolu

Tərlan Əhmədov və Rəşad Sadiqovun mətbuat konfransının vaxtı dəqiqləşdi

"Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, konfrans sabah saat 17:00-da "Bakcell Arena”da gerçəkləşəcək. "Ağ-qaralar" bütün KİV nümayəndələrini tədbirə dəvət edib. Mətbuat konfransından sonra – saat 18:00-da "Neftçi”nin "Zirə” klubu ilə oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, bu gün idmanxeber.com saytının əməkdaşı Tərlan Əhmədovla əlaqə saxlayaraq danışmaq istəsə də, təcrübəli mütəxəssis bütün suallara sabah aydınlıq gətirəcəyini bildirdi: "Vallah inciməyin, sizə müsahibə versəm, o biri saytlar inciyəcək. Gəlin yaxşısı budu, sabah bir yerdə söhbətləşək." (gülür)
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43