22 İyul 2026
Ölkə futbolu

Əliyar Ağayev İngiltərə – Almaniya oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, o, C qrupunun III turundakı İngiltərə – Almaniya görüşündə baş hakim olacaq. Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, iyunun 28-də “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43