22 İyul 2026
Kateqoriyasız

Ərəblər Alleqrini razı sala bilmir

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından gələn yeni təkliflə razılaşmayıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı çalışdırıcı “Əl Hilal”dan gələn ikinci təklifi də geri çevirib. O, İtaliya klubunda fəaliyyətini davam etdirmək niyyətindədir.

55 yaşlı mütəxəssisə 20 milyon avro maaşla iki illik müqavilə təklif olunub. Alleqri bonuslarla bərabər bir mövsümdə 30 milyon avro qazana bilərdi.

Ancaq təcrübəli çalışdırı ərəblərinin ikinci təklifi ilə razılaşmayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43