23 İyul 2026
Dünya futbolu

“Millimizin AVRO-2024-də iştirakı çətin görünür” – Elxan Məmmədov

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında iştirak edib.

İdmanxeber.az “Milliyet”ə istinadən xəbər verir ki, funksioner “ay-ulduzlular”ı AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uelsə qalib gəlməsi münasibəti ilə təbrik edib. O, Azərbaycan və Türkiyə millilərinin AVRO-2024 seçmə mərhələsindəki şanslarını dəyərləndirib. 

“Təbii ki, Azərbaycan millisinin Avropa çempionatında iştirakı çətin görünür, amma inanıram ki, Türkiyə yığması Almaniyaya gedəcək.

Məmmədov  “Mançester Siti” və “İnter” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb:

“İstanbulda futbol bayramı yaşandı. Türkiyə ən gözəl və peşəkar finallara ev sahibliyi edə bildiyini göstərdi”.

Qeyd edək ki, 2024-cü ildə Avropa çempionatının final mərhələsi Almaniyada təşkil olunacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43