Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan” çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub yeni sponsorluq müqaviləsi imzalaya bilər. “Azercell” şirkətinin Naxçıvan komandası ilə danışıq apardığı bildirilir.
Tərəflər arasında razılıq əldə olunsa, “Araz Naxçıvan” bu anlaşmadan bir mövsüm üçün 300 min manat qazanacaq. Hələlik yekun bir nəticə olmasa da, danışıqlar davam edir.

