“Mançester Siti” klubunun keçmiş yarımmüdafiəçisi İlkay Gündoğan rəsmən “Barselona”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu kataloniyalılarla müqavilənin daha bir mövsüm uzadılması variantı ilə 2 illik sözləşmə imzalayıb. İlkayın sərbəst qalma məbləği 400 milyon avrodur.
Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir. 32 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

