“Çelsi” bu yay hücumçu Romelu Lukakunu satmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, londonlular futbolçunun satışından təxminən 40-50 milyon avro qazanmağı planlaşdırır. Futbolçu ilə İtaliya və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Hücumçu ötən mövsüm “İnter”in heyətində 25 liqa matçına çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

