Uruqvaylı futbolçu Luis Suares ölkənin mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu “Liverpul”da çıxış edən həmyerlisi Darvin Nunesdən danışıb. O, oyunçu ilə arasında keçən dialoqdan bəhs edib:
“Bu yaşında belə bir klubda oynaması müsbət haldır. “Liverpul”da olmağın qürurunu yaşamalı və ötən tur başına gələndən dərs almalıdır. Hələ yeni başlayır. Etdiyi hər şey 2-3 dəfə daha böyüdüləcək. Onun üçün də diqqətli olmalıdır. Özü ilə danışıb, məsləhətlər vermişəm. Düzdür, ona ağıl verən də vaxtı ilə çox axmaqlıq edib. O axmaq ki, hər zaman yıxıldıqdan sonra qalxmağı da bacarıb. İndi də Darvinə deyir ki, axmaq olmasın”.
Darvin ötən tur “Liverpul”un heyətində “Kristal Pelas”lı futbolçunu vuraraq meydandna qovulmuşdu.

