22 İyul 2026
Milli komanda

Şimali Makedoniya – Azərbaycan oyununun vaxtı açıqlandı

Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda Moldova ilə yoldaşlıq matçı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43