23 İyul 2026
Kateqoriyasız

“Dinamo” Mahiri göndərmək istəyir

“Dinamo” (Zaqreb) komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib.

İdmanxeber.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, FİFA 25 yaşlı futbolçunu cəzalandırmasının ardından klub belə bir qərar vermək niyyətində olub. Rəhbərliyin Mahirlə görüşdüyü və bu qərarın ona bildirdiyi də vurğulanıb.

FIFA və Zaqreb təmsilçisindən gələn xəbərdarlığı nəzərə alan Emreli bu gün Varşava klubuna 105 000 avro ödəniş etsə də, FİFA oyunçu barədə qəbul edilən qərarı ləğv etməyib. Qurumdan kluba da bu barədə hər hansı məlumat daxil olmayıb.

Qetd edək ki, Emreli sabiq klubu “Legiya” ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futboldan kənarlaşdırılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43