Luka Modriç İspaniya mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu Kristiano Ronaldo barədə xoş sözlər söyləyib. O, portuqaliyalı futbolçunu oynadığı ən yaxşı beş oyunçudan biri olaraq görüb:
“Kristiano bütün zamanların ən yaxşı oyunçularından biridir. İşinə yanaşması, peşəkarlığı onu yüksək səviyyəyə gətirib. O, hər zaman daha çoxunu istəyir. Heç vaxt gördüyü işdən razı deyil. O, irəli getməyi və inkişaf etməyi düşünür. Bu sadəcə inanılmaz bir şeydir.
Onun nailiyyətlərinə baxıb “bir az dincələ bilər” deyə bilərsiniz. Amma yox. İş etikası və özünə, komandaya qarşı qoyduğu tələblər inanılmazdır”.
Ronaldo və Modriç 2012-2018-ci illərdə Madrid klubunda birgə çıxış ediblər.

