“Arsenal”ın baş məşqçisi Mikel Arteta PSJ-nin onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis London klubunda xoşbəxt olduğunu bildirib:
“Hiss edirəm ki, klub sahibləri məni sevir və qiymətləndirir. Bu komanda ilə hələ çox işim var. Mən hər şeydən razıyam və kluba çox minnətdaram”.
İyunun 17-də PSJ-nin müşaviri Luis Kamposun Artetaya Paris klubuna rəhbərlik etməyi təklif etdiyi barədə məlumat yayılıb.
Arteta 2019-cu ilin dekabrından “Arsenal”ı çalışdırır. 2022/23 mövsümündə 41 yaşlı ispaniyalının rəhbərlik etdiyi komanda Premyer Liqada ikinci yeri tutub.

