22 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də son durum: O olmasın, bu olsun

“Kəpəz” növbəti mövsümün hazırlıqlarına başlayır.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” bu gün Gəncə şəhər stadionunda toplanacaq. Komandanın yeni transferinin də yaxın vaxtda heyətə qoşulması gözlənilir.

Söhbət nigeriyalı futbolçu Olavale Onanuqadan gedir. Həmyerlisi Ahmet Ayzayanın yerinə heyətə cəlb edilən 25 yaşlı oyunçunun transferi yaxın günlərdə rəsmən ictimaiyyətə təqdim ediləcək.

Onanuqa mövsümü Albaniyanın “Kastrioti” klubunda keçirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43