UEFA bu mövsüm avrokubokların təsnifat mərhələlərində Video Köməkçi Hakimdən (VAR) istifadə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, Avropa Liqasının III təsnifat və Konfrans Liqasının pley-off mərhələsindən texnologiyanın köməyinə ehtiyac duyulacaq. VAR-dan sözügedən turnirlərin qrup mərhələsi oyunlarında da istifadə ediləcək.
Sistem ilk dəfə olaraq Çempionlar Liqasının bütün seçmə mərhələlərində də hakimlərə kömək edib. Qərara əsasən, 2024/2025 mövsümündən etibarən VAR Avropa Liqasının I təsnifat mərhələsindən tətbiq olunacaq.
Bu sistemdən Konfrans Liqasının pley-off mərhələsindən əvvəl də istifadə olunması istisna edilmir.

