“Mançester Yunayted” Hannibal Mejbrinin müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı tunislinin klubla olan müqaviləsi gələn ilin yayında bitir. MY rəhbərliyi sözləşməni indidən uzatmaq istəyir.
Yay transfer pəncərəsində “Sevilya” Hannibal ilə yaxından maraqlanırdı.
Mejbri bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 3 oyuna çıxıb və 1 qol vurub. O, son oyunlarda əsas heyət üzvünə çevrilib.

