04 İyun 2026
Ölkə futbolu

“Bütün matçları udmaq istəyirik” – Vasili Berezutski

“Sabah” Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:

“Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm. Çempionatda bütün şanslarımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43