“Nyukasl” “Vulverhempton”un hücumçusu Yorqen Strann Larseni transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı norveçli forvard Premyer Liqada keçirdiyi 39 oyunda 14 qol və 5 assistlə yadda qalıb. Onun transfer dəyəri təxminən 70 milyon avro qiymətləndirilir.
Larsenin “Vulverhempton”la müqaviləsi 2029-cu ilə qədərdir.

