23 İyul 2026
Ölkə futbolu

“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq” – Saşa İliç

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç “Qarabağ” oyunu (1:0)0sonrası açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis görüşü belə şərh edib:

“Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblərə qarşı matçlarda uğurlu nəticə qazanmaq üçün gərək maksimumuzu verəsiniz və bəxtiniz də olsun. Bilirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43